ABA ilə AQP nümayəndələrindən ibarət İşçi Qrupunun iclası keçirilib

1 iyul 2025-ci il tarixində Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspertlərindən ibarət yaradılmış İşçi Qrupunun ilk iclası keçirilmişdir. Görüşdə qiymətləndirmə sahəsində tərəfləri maraqlandıran, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, qiymətləndirmə sahəsində rəqəmsallaşma və beynəlxalq təcrübənin tətbiqi imkanları, bu sahədə birgə təlimlərin təşkili ilə bağlı məsələlərin birgə müzakirəsi həyata keçirilmiş, gələcəkdə qarşılıqlı əməkdaşlığa dair birgə fəaliyyətin təşkili istiqamətində fikir mübadiləsi aparılmışdır.