Rəyasət heyəti

Şəkil

Ad: Nüsrət İbrahimov

Vəzifə: Rəyasət Heyətinin Sədri

Haqqında:

1975-1984-cü illər Azərbaycan Politexnik İnstitutu axşam fakültəsinin mühəndis-mexanik ixtisası üzrə bitirib.

1975–2000-ci illərdə Xəzər Dəniz Gəmi Təmiri və Gəmiqayırma İstehsalat Birliyi”ndə müxtəlif vəzifələrdə (çilingər, usta, istehsalat şöbəsinin rəisi, baş mühəndis, baş direktor) çalışmışdır. 2003–2008-ci illərdə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyində icraçı direktor, 2008-2018-ci illərdə “MBA LTD” MMC-nin təsisçisi və direktor, 2018-2022-ci illərdə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İB-də sədr, 2022-2024-ci illərdə “MBA Consulting Group” MMC-də direktoru olmuşdur. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin sədri seçilmişdir.

Şəkil

Ad: Günay İsmayılqızı

Vəzifə: Rəyasət Heyətinin sədr müavini

Haqqında:

1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. İnternational European Universitynin “Menecment” ixtisası üzrə bakalavr dərəcəsini bitirmişdir. Hal-hazırda Türkiyə Cumhuriyyəti Ankara Üniversitetində “Daşınmaz Əmlakın İnkişafı və İdarəedilməsi” ixtisası üzrə magistr təhsilini davam etdirir. 2015-2017-ci illərdə “Legal Hüquq və Ekspert Mərkəzi” MMC-də Direktor vəzifəsində peşəkar fəaliyyətinə başlamışdır. 2018-2019-cu illər aralığında "Dördüncü Blok"MMC-də sədr müavini vəzifəsində çalışmışdır. 2019-cu ildən “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-də Direktor vəzifəsində fəaliyyətə başlamışdır və hal-hazırda fəaliyyətini davam etdirir. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin sədr müavini seçilmişdir. Ailəlidir, 3 övladı var.

Şəkil

Ad: Ayan Qəmbərova

Vəzifə: Rəyasət Heyətinin sədr müavini

Haqqında:

1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2006-cı ildə Bakı Dövlət Universiteti, 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. İnterregional Tikinti və Sənaye Kompleksi Akademiyasından daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə diplom əldə etmişdir. Hal-hazırda Ankara Universitetində Daşınmaz Əmlakın İnkişafı və İdarəedilməsi ixtisası üzrə magistr təhsilini davam etdirir. 2007-2009-cu illərdə “Finre Consulting” MMC-də insan resursları üzrə menecer vəzifəsində işləmişdir. 2009-cu ildən "Real Prays" MMC-də müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ilin noyabr ayından etibarən şirkətin direktorudur. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin sədr müavini seçilmişdir.

Şəkil

Ad: Cavid Məmmədkərimov

Vəzifə: Rəyasət Heyətinin üzvü

Haqqında:

1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1997-ci ildə Sumqayıt şəhəri "İstedad" liseyini bitirmişdir. 2007-2013-cü illərdə Rusiya Federasiyası Ural Maliyyə-Hüquq İnstitutunda təhsil almışdır. 2002-2006-cı illərdə “Aytac-91” MMC-də növbə rəisi vəzifəsində işləmişdir. 2013-2019-cu illərdə daşınmaz əmlak sektorunda fəaliyyət göstərmişdir. 2020-2024-cü illərdə qiymətləndirici mütəxəssis vəzifəsində çalışmışdır. 2024-cü ildən fəaliyyətini “AECS” MMC-də davam etdirmişdir. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir.

Şəkil

Ad: Cabir Əzizov

Vəzifə: Rəyasət Heyətinin üzvü

Haqqında:

1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya mühəndisi ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə “University of Economics and Human Sciences in Warsaw” Biznesin İdarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. 2024-ci ildən “İnternational Science and Technology University” Biznesin İdarə edilməsi ixtisası üzrə dokturantura təhsili alır. 2021-2023-cü illərdə Qiymətləndirici mütəxəssis kimi fəaliyyət göstərib. 2023- cü ildən “AECS” MMC-nin (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti) direktoru vəzifəsində çalışır. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir.

Şəkil

Ad: Rüstəm Vəliməmmədov

Vəzifə: Rəyasət Heyətinin üzvü

Haqqında:

1984-cü ildə anadan olmuşdur. 2000-ci ildə Azərbaycan İqtisadiyyat Universitetinin Mühəndis-Texnoloq ixtisası üzrə bakalavr, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili almışdır.

Qiymətləndirmə və maliyyə sektorunda 15 ildən çox təcrübəyə malikdir. Hazırda PASHA Bank OJSC-də Bölmə Rəhbəri (Head of Division) vəzifəsində çalışır. Eyni zamanda, "AzintellektServis" MMC-də Baş Qiymətləndirici (Senior Valuer) vəzifəsini tutur. Müxtəlif yerli və beynalxalq sertifikatlara malikdir. Daha öncə, "Kocatepe Construction" LLC-də İcraçı Direktor (Executive Director) və "Veysəloğlu Group of Companies"-də rəhbər vəzifələrdə çalışıb. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir.

Şəkil

Ad: Nisə Abaszadə

Vəzifə: Rəyasət Heyətinin üzvü

Haqqında:

1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat fakültəsində təhsil almışdır. Transfert qiymətlərin əmələ gəlməsi və tənzimlənməsi mövzusunda diplom iş müdafiə etmişdir. 2019-cu ildən “Roveks Konmark” MMC-nin mütəxəssisi, 2024-cü ildən baş mütəxəssisi vəzifəsində çalışır. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir.

Şəkil

Ad: Zamin Hüseynov

Vəzifə: Rəyasət Heyətinin üzvü

Haqqında:

1957-ci ildə anadan olmuşdur. "ABAK-AZ Crowe" Ltd audit şirkətinin direktoru və "ABAKONS (MAK Consultancy Baku Ltd.)" qiymətləndirmə şirkətinin təsisçisidir. 1993-1994-cü illərdə İqtisadiyyat Nazirliyində (Dövlət İqtisadiyyat və Plan Komitəsində) xarici investisiyalar və texniki yardımın əlaqələndirilməsi üzrə məsul vəzifədə çalışmışdır. 1994-cü ildən etibarən özəl universitetlərdə pedaqoji kimi fəaliyyət göstərmişdir. 1997-ci ildən "Crowe Global" (Crowe Horwath Internatıonal) və "AGN International" beynəlxalq təşkilatlarının üzvü olan qurumlarda özəl məsləhət və audit xidmətlərinə rəhbərlik edir.

“Tərəqqi” medalı laureatı və Azərbaycanın Fəxri Auditorudur.

2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir.

Şəkil

Ad: Ramil Qasımzadə

Vəzifə: Rəyasət Heyətinin üzvü

Haqqında:

1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun bakalavr, 2000-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası"ın magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuş, 2000-2003-cü illərdə həmin ali təhsil müəssisəsinin Aspiranturasında təhsil almışdır. 2005-ci ildən fiziki şəxs qismində qiymətləndirmə sahəsində müxtəlif şirkətlərdə çalışmış, 2018-ci ildən “Uniprice” MMC qiymətləndirmə şirkətinin təsisçisi və direktorudur. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir.