İntizam komissiyası

Şəkil

Ad: Nahid Həsənov

Vəzifə: İntizam komissiyasının sədri

Haqqında:

1990-cı ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Kommersiya fəaliyyəti” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2008-ci ildən "Nikoil Bank" ASC-də qiymətləndirici kimi təcrübə proqramı ilə başlayıb. 2010-cu ildən isə “VRC Consulting” qiymətləndirmə şirkətində ekspert vəzifəsində çalışıb. 2011-ci ildən “FM Consulting“ MMC-nin direktoru kimi fəaliyyətdədir. 2024-cü il noyabr ayından Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının sədridir.

Şəkil

Ad: Rövşən Talıbzadə

Vəzifə: İntizam komissiyasının üzvü

Haqqında:

1979-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində "Ərəb dili müəllimi" ixtisası; Azərbaycan Dövlət İqtisad Universitetində "maliyyə" ixtisası üzrə təhsil almışıdr. 2011-ci ildə “Əmlak Ekspert Servis” qiymətləndirmə şirkətini təsisçisi və direktorudur. Hazırda şirkət “Caspian Valuation” adı ilə fəaliyyət göstərir. 2024-cü il noyabr ayından Azərbaycan Respublikası Qiymətləndiricilər Palatası İntizam Komissiyasının üzvüdür.

Şəkil

Ad: Nərmin Bayraməliyeva

Vəzifə: İntizam komissiyasının üzvü

Haqqında:

1998-ci ildə Qax rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin "iqtisadiyyat" fakultəsi üzrə bakalavr, "iqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə magistr təhsili alıb. 2019-2023-cü illər ərzində “Əmlak Ekspert Servis” qiymətləndirmə şirkətinin direktoru vəzifəsində çalışıb. Hazırda “Əmlak Ekspert Mərkəzi” MMC şirkətində qiymətləndirici mütəxəssis vəzifəsində çalışır. 2024-cü il noyabr ayından Azərbaycan Respublikası Qiymətləndiricilər Palatası İntizam Komissiyasının üzvüdür.

Şəkil

Ad: Telli Əhmədova

Vəzifə: İntizam komissiyasının üzvü

Haqqında:

1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildən “MBA LTD” MMC qiymətləndirmə və konsaltinq şirkətində qiymətləndirici və mühasib vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin "Coğrafiya" fakültəsi, "Hidrologiya" ixtisası üzrə bakalavr, Xəzər Universitetinin "Bank işi" ixtisası üzrə magistr təhsili alıb. 2024-cü il noyabr ayından Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının üzvüdür.

Şəkil

Ad: Hüseyn Talıbov

Vəzifə: İntizam komissiyasının üzvü

Haqqında:

1983-cü ildə Ağcabədi rayonunda anadan olub. Bakı Dövlət Universitetinin "Hüquqşunaslıq" fakültəsi üzrə bakalavr təhsili alıb. 2022-ci ildə “AVİVA Consulting Group” MMC qiymətləndirmə və konsaltinq şirkətini təsis edib. Hazırda şirkət rəhbərlik etdiyi “PRICE EXPERT” MMC adı ilə fəaliyyət göstərir. 2024-cü ilin noyabr ayından Azərbaycan Respublikası Qiymətləndiricilər Palatası İntizam Komissiyasının üzvüdür.