İctimaiyyətlə Əlaqəlar və kommunikasiya departamentinin rəhbəri

Şəkil

Ad: Azər Niftiyev Ağaddin oğlu

Vəzifə: İctimaiyyətlə Əlaqəlar və kommunikasiya departamentinin rəhbəri

Haqqında:

2002-ci ildə Bakı Dövlət Universitetini bakalavr, 2004-cü ildə magistr dərəcələri üzrə bitirib.

2005-ci ildən peşəkar jurnalist fəaliyyəti ilə məşğuldur. Ölkənin aparıcı qəzetlərində rəhbər vəzifələr daşıyıb. Qaynar.info, Aktual.az, Sosium.az, Tebib.az portallarının baş redaktoru, Trend informasiya agentliyinin baş redaktor müavini olub. Rəhbərlik etdiyi Sosial Media Mərkəzi və Azərbaycan Biznes Kommunikasiya Mərkəzi PR, media, lobbiçilik, marketinq, sosioloji sorğular, seçki texnologiyası istiqamətində fəaliyyət göstərir. Dövlət qurumlarına və biznes subyektlərinə qeyd olunan xidmətləri göstərir. Milli Məclisin 10-dan artıq deputatının mətbuat məsələləri üzrə köməkçisi, 5 assosiativ təşkilatda, 5 tibb mərkəzində kommunikasiya və marketinq üzrə müşavir postlarında çalışıb.