Azərbaycan Qiymətləndiricilər Palatası Rəyasət Heyətinin növbəti yığıncağı keçirilib. Palatanın rəhbəri Nüsrət İbrahimov görülən işlər, fəaliyyət istiqamətləri və yeni təyinatları Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırıb. Sədr AQP-nin 30 noyabr tarixinin “Qiymətləndiricilərin peşə günü” kimi qeyd olunması təşəbbüsü ilə çıxış etdiyini və bu tarixdə keçiriləcək rəsmi tədbirə hazırlıqla bağlı üzvləri məlumatlandırıb. Qeyd edib ki, Palata 30 noyabr tədbirinə ciddi şəkildə hazırlaşır və bu məqsədlə Təşkilat Komitəsi təsis edilib.
Rəyasət Heyətinin üzvləri Palatanın nəzdinde Tədris Akademiyasının və Ekspertiza Şurasının yaradılmasına qərar veriblər. Hər iki strukturun rəhbərliyi və üzvləri formalaşdırılıb. Qiymətləndirmə rəyləri ilə bağlı daxil olan müraciətlər araşdırılıb və İntizam Komissiyasının sədri Nahid Həsənovun hesabatları dinlənilib. Daxil olan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib və icraata yönləndirilib.
Qeyd edək ki, dövrü olaraq hər həftənin cümə günü Palatanın mənzil-qərargahında Rəyasət Heyətinin toplantıları keçirilir.