Azərbaycan Qiymətləndiricilər Palatasında “Müəssisələrin qiymətləndirilməsi” mövzusunda təlim-seminar keçirilib

Oktyabrın 11-də Azərbaycan Qiymətləndiricilər Palatasının inzibati binasında “Müəssisələrin qiymətləndirilməsi” mövzusunda təlim-seminar keçirilib. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan ixtisas imtahanlarında qeyd olunan istiqamət üzrə müvəfəqiyyət qazanan qiymətləndiricilərin iştirak etdiyi seminarda sahəvi ekspertlərin məruzələri dinlənilib. Seminar çərçivəsində nəzəri, praktiki, habelə beynəlxalq və yerli təcrübələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

“Beynəlxalq Standart 200 - müəssisələrin qiymətləndirilməsi üzrə əsas prinsiplər”, “Biznes və biznesdə payların qiymətləndirilməsi - yanaşmalar, metodlar və tətbiq nümunələri”, “Xalis aktivlər metodu - əhəmiyyətli aktivləri olmayan və biznes perspektivləri məhdud olan MMC-lərin qiymətləndirilməsində tətbiqi”, “Zərərlə işləyən müəssisələrin qiymətləndirilməsi üzrə təlim - xüsusi yanaşmalar və praktiki nümunələr” mövzularına həsr olunan panel dinləmələri keçirilib.

Fotolar