Azərbaycan Qiymətləndiricilər Palatasında növbəti təlim-seminar!

Oktyabrın 24-də Palatanın inzibati binasında “Təbii sərvətlərin qiymətləndirilməsi” mövzusunda növbəti təlim-seminar keçirilib. Bu, son iki həftədə eyni mövzuda təşkil olunan ikinci təlim-seminardır.

Seminarda Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan ixtisas imtahanlarına hazırlaşan namizədlər iştirak ediblər.

Seminar çərçivəsində nəzəri və praktiki biliklər paylaşılıb, həmçinin beynəlxalq və yerli təcrübələr ətrafında geniş fikir mübadiləsi aparılıb .

Təlim “Təbii sərvətlərin qiymətləndirilməsi” üzrə ekspert-mühazirəçi Şahin İbrahimov tərəfindən aparılıb. İştirakçılar həm imtahana hazırlıq, həm də peşəkar biliklərini artırmaq imkanı əldə edib .