Azərbaycan Qiymətləndiricilər Palatasında növbəti təlim-seminar keçirilib

Oktyabrın 17-də Azərbaycan Qiymətləndiricilər Palatasının inzibati binasında “Təbii sərvətlərin qiymətləndirilməsi” mövzusuna həsr olunan təlim-seminar təşkil olunub.

Təlim-seminarda qeyd olunan qiymətləndirmə istiqaməti üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan ixtisas imtahanlarına hazırlaşan namizədlər iştirak ediblər. Seminar çərçivəsində nəzəri və praktiki biliklərin paylaşılması ilə yanaşı, beynəlxalq və yerli təcrübələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təlim-seminar “Təbii sərvətlərin qiymətləndirilməsi” üzrə ekspert-mühazirəçi Şahin İbrahimov tərəfindən keçirilib. İştirakçılara həm imtahana hazırlıq, həm də qiymətləndirmə sahəsində peşəkar biliklərini artırmaq imkanı təqdim olunub.