Bakının mənzil fondunun gələcəyi müzakirə olundu

Bakının mənzil fondunun gələcəyi müzakirə olundu – Sosial Tədqiqatlar Mərkəzi-də elmi-praktik konfrans

#Bakı şəhərinin mövcud mənzil fondunun vəziyyəti, qarşıda duran çağırışlar və inkişaf perspektivləri 19 may 2025-ci il tarixində Sosial Tədqiqatlar Mərkəzində keçirilmiş elmi-praktik konfransda geniş şəkildə müzakirə olunub.

Konfransda dövlət qurumlarının nümayəndələri, ekspertlər, tədqiqatçılar və akademik ictimaiyyət bir araya gələrək, paytaxtın mənzil infrastrukturunun bu günü və sabahı ilə bağlı fikir və təkliflərini bölüşüblər. Tədbir urbanizasiya prosesinin idarə olunması, yaşayış fondunun yenilənməsi və sosial ehtiyaclara uyğunlaşdırılması baxımından mühüm bir dialoq platforması rolunu oynayıb.

Müzakirələr zamanı xüsusilə binaların texniki vəziyyəti, əhalinin artımı fonunda artan mənzil ehtiyacı, ekoloji balans, planlaşdırma və hüquqi çərçivə məsələlərinə toxunulub. İştirakçılar mövcud problemlərə yanaşma yolları və gələcəyə dair baxış bucaqlarını təqdim ediblər.

Konfransda Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri Nüsrət İbrahimovun iştirakı tədbirə xüsusi diqqət qatıb. Sosial dialoqun və qarşılıqlı əməkdaşlığın bu kimi mühüm sahələrdə oynadığı rola diqqət çəkilib.

Bakı kimi sürətlə böyüyən şəhərlərdə davamlı və balanslı mənzil siyasətinin formalaşdırılması bu gün daha aktualdır və bu kimi tədbirlər həmin istiqamətdə atılan dəyərli addımlardandır.