Ekspertiza mərkəzi

“Qiymətləndirmə Palatası” qiymətləndirmə sahəsində şəffaflığı, obyektivliyi və peşəkarlığı təmin edən əsas qurumlardan biridir.

İntizam Komissiyasının nəzdində fəaliyyət göstərən “Ekspertiza Mərkəzi” isə qiymətləndirmə hesabatlarının düzgünlüyünü yoxlamaq, Bununla bağlı şikayətlər və ya mübahisələr yarandıqda obyektiv araşdırmalar aparılması məqsədilə yaradılmışdır.

Ekspertiza mərkəzinin əsas funksiyaları

Qiymətləndirmə hesabatlarının ekspertizası

Hesabatlarını təhlil edərək onların:

  • Müvafiq qanunvericiliyə və normativ aktlara uyğunluğunu

  • Beynəlxalq və yerli qiymətləndirmə standartlarına riayət olunmasını

  • Dəqiqlik və obyektivlik səviyyəsini yoxlayır.

Bu proses mübahisəli məsələlərin qarşısını almaq və qiymətləndirmə sahəsində keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün həyata keçirilir.

Nəticə olaraq sahədə çalışan mütəxəssislərin bilik və bacarıqları artır və bazarda etibarlılıq təmin olunur.