Estoniyada keçirilən “35- ci Baltic Valuation Conference 2025”Azərbaycan Qiymətləndiricilər Palatası regional əməkdaşlıqı müzakirə etdi:

2025-ci ildə Estoniyada təşkil olunan 35-ci Baltic Valuation Conference qiymətləndirmə sahəsinin inkişafı, beynəlxalq təcrübə mübadiləsi və regional əməkdaşlıq baxımından mühüm platforma kimi yadda qaldı. Tədbirdə Baltikyanı ölkələr ilə yanaşı, digər ölkələrin də aparıcı mütəxəssisləri iştirak edərək müasir çağırışlar, yeni tendensiyalar və sahənin gələcək perspektivlərini müzakirə etdilər. Konfrans çərçivəsində Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmiləri Estoniya, Latviya və Finlandiya Qiymətləndiricilər Cəmiyyətlərinin sədrləri, eləcə də Amerika Birləşmiş Ştatları, Almaniya və İsveç qiymətləndiricilərinin nümayəndələri ilə görüş keçirmişdir. Görüş zamanı təcrübə və bilik mübadiləsi, qiymətləndirmə fəaliyyətində beynəlxalq standartların tətbiqi, eləcə də peşəkar əməkdaşlıq imkanlarının genişləndirilməsi mövzuları diqqət mərkəzində oldu. Qarşılıqlı dialoq zamanı tərəflər birgə əməkdaşlıqın daha da inkişaf etdirilməsi, təlim və təcrübə proqramlarının təşkili ilə bağlı gələcək perspektivi müzakirə etdilər. Bu tərəflər arasında mühüm addım kimi qiymətıəndirilmişdir. Bu addım gələcəkdə həm peşəkar kadr hazırlığının keyfiyyətinə, həm də qiymətləndirmə xidmətlərinin şəffaflığına müsbət təsir göstərəcək mühüm addım kimi dəyərləndirilir. Baltic Valuation Conference uzun illərdir regionda qiymətləndirmə sahəsində ənənəvi əməkdaşlıq platforması rolunu oynayır. Bu ilki tədbir də bir daha göstərdi ki, beynəlxalq əməkdaşlıq olmadan sahənin davamlı inkişafını təmin etmək mümkün deyil. Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmilərinin fəal iştirakı ölkəmizin bu sahədə beynəlxalq müstəvidə mövqeyinin möhkəmləndirilməsi və tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.