Nüsrət İbrahimov qiymətləndirici təşkilatların rəhbərləri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov Palatanın inzibati binasında 20-yə yaxın qiymətləndirici təşkilatın rəhbəri ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Görüşlər zamanı Palatanın cari fəaliyyəti, qiymətləndirmə sektorunda mövcud vəziyyət, qarşıda duran vəzifələr və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi, peşə standartlarının yüksəldilməsi və bazarda şəffaflığın artırılması istiqamətində müzakirələr aparılıb.

Sədr qeyd edib ki, qiymətləndiricilərlə mütəmadi görüşlərin keçirilməsi Palatanın prioritet istiqamətlərindən biridir və bu görüşlər sektorun davamlı inkişafına, həmçinin qiymətləndirici təşkilatların qarşılaşdıqları məsələlərin operativ şəkildə həllinə xidmət edir.

Azərbaycan Qiymətləndiricilər Palatası bundan sonra da qiymətləndiricilərlə əməkdaşlığın gücləndirilməsi və peşəkar fəaliyyətin inkişafı istiqamətində addımlar atmaqda davam edəcək.

Fotolar