
Azərbaycan Qiymətləndiricilər Palatasının qiymətləndirmə sahəsində nəzarət və tənzimləmə mexanizmlərini gücləndirməsi sektor mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Peşəkarlar hesab edirlər ki, bu addımlar qiymətləndirmə fəaliyyətində şəffaflığın, etik davranışların və ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir.
💬 Şahin İbrahimov: “Palatanın peşəkar fəaliyyəti nəticəsində qiymətləndirmə sahəsində vahid standartlar formalaşır və ictimai etimad güclənir.”
💬 Emin Novruzov: “Palatanın fəaliyyətə başlaması ilə qiymətləndirmə sektoru ciddi transformasiyaya uğradı və bu da öz növbəsində sektorun nümayəndələri olaraq qarşımızda geniş imkanlar açır.”
💬 Elnur Əsədov: “Ölkəmizin ilk qiymətləndiricilərindən biri olaraq açıq şəkildə söyləməliyik ki, sektor yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, biz qiymətləndiriciləri qürurlandırır.”
💬 Nurlan Cəbrayılov: “Palatanın sistemli fəaliyyəti qiymətləndirmə xidmətlərinin keyfiyyətinə birbaşa təsir göstərir. Bu, həm bazarın sağlam inkişafı, həm də ictimai maraqların qorunması baxımından çox önəmlidir.”