Nüsrət İbrahimov - Rəyasət Heyətinin Sədri
1975-1984-cü illər Azərbaycan Politexnik İnstitutu axşam fakültəsinin mühəndis-mexanik ixtisası üzrə bitirib.
1975 – 2000-ci illərdə Xəzər Dəniz Gəmi Təmiri və Gəmiqayırma İstehsalat Birliyi”ndə müxtəlif vəzifələrdə (çilingər, usta, istehsalat şöbəsinin rəisi, baş mühəndis, baş direktor) çalışıb 2003 yanvar – 2008 fevral - “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyində icraçı direktor, 2008 fevral – 2018 mart “MBA LTD” MMC-nin təsisçisi və direktor, 2018 mart – 2022 may “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İB-də sədr, 2022 may – 2024 noyabr “MBA Consulting Group” MMC-də direktor 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin sədri seçilmişdir.
Ayan Qəmbərova - Rəyasət Heyətinin sədr müavini
1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 2006-cı ildə "Bakı Dövlət Universiteti", 2022-ci ildə "Azərbaycan Dövlət İqtisad Universiteti"ndə təhsil almışdır. İnterregional Tikinti və Sənaye Kompleksi Akademiyasından daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə diplom əldə etmişdir. Hal-hazırda Ankara Universitetində Daşınmaz Əmlakın İnkişafı və İdarəedilməsi ixtisası üzrə magistr təhsilini davam etdirir. 2007-2009-cu illərdə “Finre Consulting” MMC-də insan resursları üzrə menecer vəzifəsində işləmişdir. 2009-cu ildən "Real Prays" MMC-də mütəxəssis kimi çalışmış, 2010-cu ilin iyul ayında həmin şirkətdə direktor müavini vəzifəsinə yüksəlmişdir. 2012-ci ilin noyabr ayından etibarən isə şirkətin direktoru vəzifəsini icra edir. Onun rəhbərliyi altında "Real Prays" MMC daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində müxtəlif layihələr həyata keçirmişdir. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin sədr müavini seçilmişdir.
Günay İsmayılqızı - Rəyasət Heyətinin sədr müavini
1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2012-ci ildə "Bakı Dövlət Sosial İqtisad Kolleci"nin “Hüquqşünas” ixtisası üzrə subbakalavr dərəcəsini,
2023-cü ildə "İnternational European University"-nin “Menecment” ixtisası üzrə bakalavr dərəcəsini bitirib.
Hal-hazırda Türkiyə Cumhuriyyəti "Ankara Üniversitesi"ndə “Daşınmaz Əmlakın İnkişafı və İdarəedilməsi” ixtisası üzrə magistr təhsilini davam etdirir.
2015-2017-ci ilədək “Legal Hüquq və Ekspert Mərkəzi” MMC-də Direktor vəzifəsində peşəkar fəaliyyətinə başlamışdır.
2018-2019-cu ilədək Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Kadrlar Şöbə rəisi vəzifəsində işləişdir.
2019-cu ildən “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-də Direktor vəzifəsində peşəkar fəaliyyətinə başlamışdır.
Hal-hazırda Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-də Direktor vəzifəsində fəaliyyətini davam edir.
2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin sədr müavini seçilmişdir. Ailəlidir, 3 övladı var.
Cavid Məmmədkərimov - Rəyasət Heyətinin üzvü
1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1997-ci ildə Sumqayıt şəhəri "İstedad" liseyini bitirmişdir. 2002-2006-cı illərdə “Aytac-91” MMC-də növbə rəisi vəzifəsində çalışmışdır. 2007-2013-cü illərdə Rusiya Federasiyası Ural Maliyyə-Hüquq İnstitutunda təhsil almışdır. Həmən dövrlərdə cinayət hüququ və kriminalistika üzrə müxtəlif elmi-metodiki tədbirlərdə və araşdırmalarda iştirak etmişdir. 2020-2024-cü illərdə “MORİON QİYMƏTLƏNDİRMƏ MƏRKƏZİ” MMC-nin direktoru vəzifəsində çalışmışdır. 2024-cü ildən fəaliyyətini “AECS” MMC-də davam etdirmişdir. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir.
Cabir Əzizov - Rəyasət Heyətinin üzvü
1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2015-2019-cu illərdə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” Geologiya mühəndisi ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə “University of Economics and Human Sciences in Warsaw” Biznesin İdarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. 2024-ci ildən “İnternational Science and Technology University” Biznesin İdarə edilməsi ixtisası üzrə dokturantura təhsili alır. 2021-2023-cü illərdə Qiymətləndirici mütəxəssis kimi fəaliyyət göstərib. 2023- cü ildən “AECS” MMC-nin (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti) direktoru vəzifəsində çalışır. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir.
Rüstəm Vəliməmmədov - Rəyasət Heyətinin üzvü
1984-cü ildə anadan olmuşdur. 2000-ci ildə "Azərbaycan İqtisadiyyat Universiteti"nin Mühəndis-Texnoloq ixtisası üzrə bakalavr dərəcəsini, 2004-cü ildə isə "UNEC"-də magistr dərəcəsini tamamlamışdır.
Qiymətləndirmə və maliyyə sektorunda 15 ildən çox təcrübəyə malik bir mütəxəssisdir. Hazırda PASHA Bank OJSC-də Bölmə Rəhbəri (Head of Division) vəzifəsində çalışır. Aktivlərin idarə olunması və maliyyə risklərinin qiymətləndirilməsi sahəsində geniş bilik və bacarıqlara sahibdir. Bundan əvvəl PASHA Bank-da Girov İdarəçiliyi Meneceri (Collateral Manager) kimi fəaliyyət göstərmiş və risk menecmenti ilə girov aktivlərinin dəyərləndirilməsi sahəsində mühüm rol oynamışdır. Eyni zamanda, "AzintellektServis" MMC-də Baş Qiymətləndirici (Senior Valuer) vəzifəsində çalışaraq müxtəlif aktivlərin bazar dəyərinin müəyyənləşdirilməsi və ekspert rəylərinin hazırlanması ilə məşğul olmuşdur. Bu istiqamətdə müxtəlif yerli və beynalxalq sertifikatlara yiyələnmişdir. Bundan öncə, "Kocatepe Construction" LLC-də İcraçı Direktor (Executive Director) və "Veysəloğlu Group of Companies"-də rəhbər vəzifələrdə çalışmış, strateji idarəetmə, biznes inkişafı və əməliyyatların səmərəliliyinin artırılması istiqamətində mühüm işlər görmüşdür. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir.
Nisə Abaszadə - Rəyasət Heyətinin üzvü
1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2015-2019-cu illərdə "Azərbaycan Dövlət İqtisad Universiteti"-də İqtisadiyyat fakültəsində təhsil almışdır. Həmin dövrlərdə maliyyə bazarlarında qiymət tənzimlənməsi və maliyyə sektorunun inkişafının prioritet istiqamətləri üzrə müxtəlif elmi-metodiki tədbirlərdə iştirak etmişdir. Transfert qiymətlərin əmələ gəlməsi və tənzimlənməsi mövzusunda diplom iş müdafiə etmişdir. 2019-cu ildən “Roveks Konmark” MMC-nin mütəxəssisi, 2024-cü ildən baş mütəxəssisi vəzifəsində çalışır. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir.
Zamin Hüseynov - Rəyasət Heyətinin üzvü
1957-ci ildə anadan olmuşdur. "ABAK-AZ Crowe" Ltd audit şirkətinin direktoru və "ABAKONS (MAK Consultancy Baku Ltd.)" qiymətləndirmə şirkətinin təsisçisidir. 1978-1993-cü illərdə aqrar-sənaye sahəsində iqtisadi tədqiqatlar aparmışdır. 1993-1994-cü illərdə İqtisadiyyat Nazirliyində (Dövlət İqtisadiyyat və Plan Komitəsində) xarici investisiyalar və texniki yardımın əlaqələndirilməsi üzrə məsul vəzifədə çalışmışdır. 1994-cü ildən etibarən özəl universitetlərdə ("Ali Diplomatiya Kolleci", "Xəzər Universiteti", "Azərbaycan Universiteti") pedaqoji fəaliyyət göstərmiş, “Dünya İqtisadiyyatı” və “Beynəlxalq İqtisadi Münasibətlər” kursları üzrə mühazirələr oxumuşdur. 1997-ci ildən başlayaraq "Crowe Global" (Crowe Horwath Internatıonal) və "AGN International" beynəlxalq təşkilatlarının üzvü olan qurumlarda özəl məsləhət və audit xidmətlərinə rəhbərlik edir.
“Tərəqqi” medalı laureatı və Azərbaycanın Fəxri Auditorudur. Tədqiqat sahələri: aqrar islahatlar, regionlararası iqtisadi münasibətlər, iqtisadi inkişafın proqnozlaşdırılması. Beynəlxalq Standartların tətbiqi və xarici əlaqələr üzrə məsul şəxsdir.
2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir.
Ramil Qasımzadə - Rəyasət Heyətinin üzvü
1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 1998-ci ildə "Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu"nun bakalavr, 2000-ci ildə isə "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası"nın magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuş, 2000-2003-cü illərdə həmin ali təhsil müəssisəsinin Aspiranturasında təhsil almışdır. 2005-ci ildən fiziki şəxs qismində qiymətləndirmə sahəsində müxtəlif şirkətlərdə çalışmış, 2018-ci ildən “Uniprice” MMC qiymətləndirmə şirkətinin təsisçisi və direktorudur. 2024-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Rəyasət Heyətinin üzvü seçilmişdir. Ailəlidir, 2 övladı var.