
Ad: Elşən Əsədov Səlim
Vəzifə: -
Haqqında:
Doğum tarixi və yeri: 28 fevral 1972-ci il, Ağcabədi rayonu, Şahsevən Təzəkənd kəndi.
Təhsil: Azərbaycan Dövlət İqtisad İnstitutu (1995), İqtisadi İslahatlar Mərkəzinin aspiranturası (1996).
Əmək Fəaliyyəti:
- 1998–2003: Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin prezidenti.
- 2001–2016: İqtisadi İnkişaf Nazirliyində müxtəlif rəhbər vəzifələr (Qiymət-Tarif Siyasəti, Regionların İnkişafı və Dövlət Proqramları şöbələri).
- 2016-2019: "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC-nin İdarə Heyəti sədrinin müavini.
- 2020–2022: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya İdarə Heyətinin sədri.
- 2022: "Sara Logistika" Şirkətində Direktor müavini.
- 2023: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Strateji Planlaşdırma və İnnovasiya Siyasəti şöbəsinin müdir müavini.
- 2023–cü ildən hal-hazırki dövrə qədər: SOCAR Türkiyə İdarə Heyətinin sədrinin müşaviri.
Beynəlxalq Təcrübə:
- ÜTT, ERRA kimi qurumlarda Azərbaycanı təmsil etmiş, 20-dən çox ölkədə konfrans və forumlarda iştirakçı.
Mükafat: "Dövlət qulluğunda fərqlənməyə görə" medalı (2016).
Məqalə və nəşrlər: "Əmlakın qiymətləndirilməsinin aktual məsələləri" kitabı və 100-dən çox məqalənin müəllifi.
Dillər: Azərbaycan, ingilis, rus, türk.
Ailə vəziyyəti: Ailəlidir, 3 övlad atasıdır.