TV1 də Bakıda Mənzil Qiymətlərinin Artım Səbəbləri Açıqlanıb

AQP-nin sədr müavini Günay İsmayılqızı TV1 dəki müsahibəsində bildirib ki, qiymət artımının əsas səbəbləri sırasında tikinti materiallarının dəyərinin yüksəlməsi, əhalinin mənzil tələbinin artması, eləcə də şəhərdə urbanizasiya prosesinin sürətlənməsi dayanır.

Sədr müavini qeyd edib ki, hazırkı şəraitdə daşınmaz əmlak bazarında təkliflə tələbin nisbətinin pozulması, investor marağının yüksək olması və ümumi iqtisadi faktorlar qiymətlərin stabilləşməsinə mane olur. Eyni zamanda, mənzil bazarında qeyri-rəsmi alqı-satqı əməliyyatlarının geniş yayılması qiymətlərin süni şəkildə şişirdilməsinə səbəb olur.

Günay İsmayılqızının sözlərinə görə, bazarda sabitliyin təmin edilməsi üçün dövlət tərəfindən effektiv tənzimləmə mexanizmlərinin tətbiqi vacibdir. Bu məqsədlə ipoteka şərtlərinin sadələşdirilməsi, sosial mənzil layihələrinin genişləndirilməsi və daşınmaz əmlak bazarında şəffaflığın artırılması təklif olunur.

https://www.youtube.com/watch?v=DF4ZLh-cNS8

Fotolar